SON DƏQİQƏ
» » Milli Şuranın mitinqinə nə qədər adam qatılıb? - RƏSMİ

Milli Şuranın mitinqinə nə qədər adam qatılıb? - RƏSMİ

Tarix:

31-03-2018, 17:33

/ 10 289 dəfə oxundu.
Milli Şuranın mitinqinə nə qədər adam qatılıb? - RƏSMİ

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

İdarədən GunAz.az-a verilən məlumatda bildirilir ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

***

Bakıda Milli Şuranın mitinqi başlayıb.

GunAz.az-ın verdiyi xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş “Məhsul” stadionunda keçirilir.

Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ