SON DƏQİQƏ
» » Xalq artistinin səhhəti ilə bağlı son vəziyyət

Xalq artistinin səhhəti ilə bağlı son vəziyyət

Tarix:

29-03-2018, 11:45

/ 10 439 dəfə oxundu.
Xalq artistinin səhhəti ilə bağlı son vəziyyət

Azərbaycanın xalq artisti Rasim Balayevin səhhəti yaxşılaşıb. 
Gunaz.az bildirir ki, bu barədə R.Balayev özü məlumat verib.
Təxminən bir həftə əvvəl əməliyyat olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxıldığını deyən aktyor, hazırda ev şəraitində müalicəsini davam etdirir: 

“Əvvələ baxanda nisbətən özümü yaxşı hiss edirəm. Amma həkimlər evdən çıxmağıma icazə vermirlər. Bir həftə sonra yenidən müayinə olunacağam. Yalnız bundan sonra səhhətim barədə dəqiq fikir bildiriləcək”.


Aktyor onu unutmayan, səhhətilə maraqlanan hər kəsə təşəkkür edib. 

Xatırlaqdaq ki, R.Balayev martın 14-də Mərkəzi Gömrük Hospitalında uroloji problemdən dolayı əməliyyat olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ