SON DƏQİQƏ
» » Azərbaycandan Afrin dəstəyi-TÜRKİYƏ MARŞI-VİDEO

Azərbaycandan Afrin dəstəyi-TÜRKİYƏ MARŞI-VİDEO

Tarix:

28-03-2018, 20:44

/ 10 334 dəfə oxundu.
Azərbaycandan Afrin dəstəyi-TÜRKİYƏ MARŞI-VİDEO

Azərbaycan Türkü, məşhur bəstəkar Sevinc Toffiqqızı Afrin Himni bəstələyib.

Gunaz.az xəbər verir ki, Sevinc Toffiqqızı Türkiyənin haqq işinə dəstək olmaq və Qələbəsini təbrik etmək üçün bu MARŞI yazdığını söyləyib.
Sevinc Toffiqqızı Türkiyənin milli təhlükəsizliyini təmin etmək, sərhədlərinə təminat almaq və terrorçulara qarşı bir kəmər çəkmək üçün Zeytun Budağı Hərəkatını keçirdiyini də vurğulayıb.
Türkiyənin bu haqlı hərəkatına başda Amerika Birləşmiş Ştatları olmaqla, Avropa və hətta Ərəb dünyasınin reaksiya göstərdiyini bildirən Toffiqqızı:
"Türkiyənin haqlı davasında biz Azərbaycan Türkləri qardaş ölkə Türkiyəni heç vaxt tək buraxmamışıq, buraxmayacağıq da", deyə bildirib.
Toffiqqızı "Türkiyənin bu qələbəsinə, haqq işinə dəstək olmaq üçün bir HİMN yazdım Bu marşı başda qəhrəman Əsgərlərimiz olmaqla Türk millətinə ərməğan edirəm deyə bildirib.
Sevinc Toffiqqızının bəstələdiyi HİMNin sözlərini Möcüzə Üfüq yazıb. Nailə Dəniz isə səsləndirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ