SON DƏQİQƏ
» » Çörəklə spirtli içki yanaşı satılmayacaq-31 MARTDAN

Çörəklə spirtli içki yanaşı satılmayacaq-31 MARTDAN

Tarix:

23-03-2018, 08:50

/ 10 318 dəfə oxundu.
Çörəklə spirtli içki yanaşı satılmayacaq-31 MARTDAN

Türkiyənin Bursa şəhərində martın 31-dən etibarən çörəklə spirtli içki yanaşı satılmayacaq.

ONN media xəbər verir ki, Bursa şəhər bələdiyyəsinin rəhbəri Alinur Aktaş spirtli içkilərin çörəklə yanaşı satılması ilə bağlı xeyli şikayət aldıqlarını, bununla bağlı iki il əvvəl verilən qərarın 31 mart 2018-ci ildən qüvvəyə minəcəyini bildirib: “Sağlam gələcək nəsillər üçün övladlarımızı pis vərdişlərdən qorumalıyıq”.

Bələdiyyə sədri eyni zamanda bu qərarla kiminsə şəxsi həyat tərzinə müdaxilə etmədiklərini, əsasən uşaqların və gənclərin spirtli içkilərdən uzaq tutulmasına çalışdıqlarını vurğulayıb.

скачать dle 12.1

Şərhlər