Əməkdar artist Tünzalə Əliyeva övladına qayınanasının baxdığını deyib.
Gunaz.az məlumat verir ki, aktrisa “10-dan sonra” verilişində uzun müddətdir qayınanasının onlarla yaşadığını söyləyib:
“Qayınanam olmasaydı, heç bir işimin arxasınca gedə bilməzdim. Hətta verilişə də gələ bilməzdim. Evdə körpə var. İl yarımdan çoxdur ki, qayınanam evini, həyat yoldaşını atıb bizdə qalır. Uşağıma o baxır”.
Əməliyyatla mədəsini kiçildən "Toppuş bacı" ləqəbli aktrisa 14 kiloqram arıqladığını da söyləyib.