SON DƏQİQƏ

Bu yollarda sürət həddi endirildi

Tarix:

12-03-2018, 12:44

/ 10 321 dəfə oxundu.
Bu yollarda sürət həddi endirildi

Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən Gunaz.az -a verilən məlumata görə, eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. 

Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilib ki, yollardakı sürət həddinə əməl etsinlər.

скачать dle 12.1

Şərhlər