SON DƏQİQƏ
» » Elçin Şıxlı: “Təzə “Qaz-24”ün yük yerindən elə şey çıxdı ki...”

Elçin Şıxlı: “Təzə “Qaz-24”ün yük yerindən elə şey çıxdı ki...”

Tarix:

8-03-2018, 09:15

/ 10 330 dəfə oxundu.
Elçin Şıxlı: “Təzə “Qaz-24”ün yük yerindən elə şey çıxdı ki...”

Hərbi kampaniya zamanı itkilər olur və bundan sonra da olacaq. Hər kəs istəyər itkilər az olsun. Əfqanıstan savaşı zamanı sözsüz ki, SSRİ də itkilər verirdi. Amma orada əməlli-başlı müharibə gedirdi, təyyarələri də vururdular. Lakin Əfqanıstan müharibəsi zamanı informasiyaya çatmaq indiki qədər asan deyildi. O dövrdə təyyarə texniki səbəbdən qəzaya düşdü, vuruldu kimi informasiyalar məhdud idi.

Bu fikirləri Teleqraf.com-a siyasi analitik Elçin Şıxlı Rusiyaya məxsus “An-26” nəqliyyat təyyarəsinin Suriyada qəzaya düşməsi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, indi Rusiya SSRİ-nin etdiyi səhvləri təkrarlayır:

“Rusiya SSRİ-nin çökməsinin səbəblərini ya anlamır, ya da bunu bildiyi halda qəbul etmək istəmir. Əsas səbəb iqtisadi və ictimai-siyasi formasiyanın yanlışlığında idi. Məşhur fikir var: demokratiya ideal quruluş deyil, amma ondan yaxşısı hələ kəşf edilməyib. İndi söhbət ondan gedir ki, kapitalizm ictimai-siyasi formasiya olaraq ideal deyil, amma ondan yaxşısı da mövcud deyil. Rusiyada gözəl ixtiraçı və ya konstruktor ola bilər. Həmin şəxs də gözəl təyyarə və ya gəmi düzəldə bilər. Lakin Rusiya belə təyyarədən uzağı 5-10 ədədini istehsal edə bilər. Bunun kütləvi istehsalı məsələsində Rusiya əlini yerə qoyur. Çünki pul yoxdur, sistem işlək deyil, korrupsiya var. Yəni bunlar kütləvi istehsalı keyfiyyətli edə bilmirlər.

Sizə bir misal çəkim. SSRİ dövründə bizim bir qonşumuz vardı. O zaman “Qaz-24” markalı avtomobil ən məşhur avtomobil idi və onu hər kəs ala bilmirdi. Qonşumuz gedib özünə “Qaz-24” almışdı. Təsəvvür edin ki, təzə avtomobilin yük baqajında, ehtiyat təkərin altında bir şüşə araq çıxmışdı. Təxmin edilirdi ki, zavodda avtomobili yığan əməkdaşlar bir şüşə arağı iş saatlarında içən zaman unudublar. İndi sizi inandırıram ki, əgər texniki səbəbdən rus hərbi və ya nəqliyyat təyyarəsi qəzaya uğrayırsa, ola bilsin ki, məhz bu səbəbdən olur. Çünki zavoddakı işçi yaxşı məvacib almır, işinə yaxşı yanaşmır. Rusiya texniki cəhətdən geridə qalır. Təsəvvür edin ki, MASK-ın əlində o boyda Roskosmos zəlil olub. MASK özəl şirkətdir və onun düzəltdiyi raketlərə, əldə etdiyi texnoloji üstünlüyünə baxın. Bir də Rusiyanın Roskosmos deyilən nəhəng dövlət şirkətinə diqqət edin. Bu şirkət Komorovun vaxtından, haradasa 1957-ci ildən fəaliyyətdədir. Roskosmos təzə raket üçün 70 milyon, MASK isə cəmi 9 milyon dollar xərcləyir. Üstəlik Roskosmosun hazırladığı raketdən də keyfiyyətli olur. Demək istəyirəm ki, Rusiyanın problemi iqtisadi bazisin düzgün qurulmamasındadır”.

Bununla belə E.Şıxlı deyib ki, Rusiyanın Suriyada hərbi kampaniya zamanı 10-a qədər təyyarə itirməsi elə də böyük rəqəm deyil:

“Amma bir var döyüş və müharibə zamanı olan itki, bir də var döyüş şəraitində olmayan itki. Döyüş şəraitində olmayan və texniki səbəbdən baş verənlər itkilərlə bağlı isə misal çəkdim”.

скачать dle 12.1

Şərhlər