SON DƏQİQƏ

Bayram şirniyyatlarının QİYMƏTİ

Tarix:

7-03-2018, 16:27

/ 10 370 dəfə oxundu.
Bayram şirniyyatlarının QİYMƏTİ

Şəkərbura, paxlava, şor qoğal və digər şirniyyatlar...

Gunaz.az bildirir ki, bu şirniyyatları almaq üçün indidən sifariş verənlər var.
Bəs hazırda mağazalarda bayram şirniyyatları alıcılara hansı qiymətə təklif edilir?
Şirniyyatların görünüşləri kimi qiymətləri də fərqlidir. Ən bahalı şirniyyat isə paxlavadır. Onun kilosu 12-15 manat, bir ədədi isə 70-80 qəpik arasında dəyişir.
Satıcıların sözlərinə görə, bayarama 2 həftədən çox vaxt qalmasına baxmayaraq indidən sifarişlər başlayıb.
Alıcıların bəziləri isə vaxt çatışmazlığı olduğunu və rahatlığa görə bayram şirniyyatlarını hazır alacaqlarını, bir qismi isə bu şirniyyatları evdə hazırlayacaqlarını bildirirlər.
Novruz şirniyyatlarını vaxtı olanlar evdə hazırlayacaq, olmayanlar isə mağazalara üz tutacaqlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ