SON DƏQİQƏ
» » Bakının mərkəzində əxlaqsızlıq yuvası -"MELODİYA"

Bakının mərkəzində əxlaqsızlıq yuvası -"MELODİYA"

Tarix:

7-03-2018, 00:07

/ 10 396 dəfə oxundu.
Bakının mərkəzində əxlaqsızlıq yuvası -"MELODİYA"

"Kəpənəklər" məkanı olan "Melodiya" restoranına  kim   havadarlıq edir 

Bakı şəhəri, Tbilisi prospekti, 1058-ci  məhəllə, 32 və 34A  saylı binaların sakinləri (Nəsimi rayonu)"Olaylar" İnformasiya Agentliyinə müraciət edib. 

Müraciətdə deyilir:

"2017-ci ilin iyun ayından başlayaraq Bakı şəhəri Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 6 yaşayış binasında  yaşayan sakinlərin dincliyi və rahatlığı tam pozulmuşdur.  Belə ki, 32 və 34A binalarına bitişik olan qeyri yaşayış sahəsində yerləşən "Melodiya" restoranı adı altında  faktiki isə gecə klubu-əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyekt axşam saat 23-dən səhər saat 6-ya kimi hər gecə güclü akustik bass səsləri ilə musiqi səsləndirir,  nüfuzedici  səs-küy  yaradırlar, gecə klubunun sərxoş vəziyyətdə olan müştəriləri, əsasən yüngül davranışlı qadınlar, demək olar ki, hər gecə məhəlləmizdə yüksək səslə dava-dalaş salır, nalayiq ifadələr işlədir, qeyri-etik  hərəkətlərə yol verirlər ки, bu da sakinlərin haqlı narazılığına səbəb olur.

İş o yerə çatıb ki, Bakı şəhər Baş Polis İdarəsi tərəfindən həmin obyektdə qanun pozuntularına yol verilməsi halları dəfələrlə müəyyən olunmasına və restoranı işlədən Füzuli Alıyev adlı şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz hərəkətlər hər gecə davam edir.

Bu isə ərazidə asayişin mühafizəsini qorumağa borclu olan 20-ci Polis Bölməsinin və xüsusən də polis sahə müvəkkili Xəyal Şükürovun hərəkətsizliyi, ciddi qanun pozuntularına göz yumması məhz bu adamların Füzuli Alıyevə havadarlıq etməsindən xəbər verir.

Sizdən xahiş edirik ki, " Melodiya" restoranının fəaliyyətinin qadağan edilməsi üçün köməklik göstərəsiniz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ