SON DƏQİQƏ
» » “Beynəlxalq Bank”ın bu ölkədə olan filialları bağlanılır

“Beynəlxalq Bank”ın bu ölkədə olan filialları bağlanılır

Tarix:

6-03-2018, 14:51

/ 10 970 dəfə oxundu.
“Beynəlxalq Bank”ın bu ölkədə olan filialları bağlanılır

“Azərbaycan Beynəlxalq Bankı” özəlləşdirmə çərçivəsində Rusiyadakı törəmə şirkəti - “MBA-Moskva”nın bir sıra filiallarını bağlamaq qərarına gəlib.

Gunaz.az banka istinadən xəbər verir ki, Sankt-Peterburq və Yekaterinburqdakı filiallarının bağlanması barədə qərar “MBA-Moskva”nın Moskva regionundakı fəaliyyətinə diqqəti ayırmaq məqsədi daşıyır.

Sankt-Peterburq və Yekaterinburq filiallarının müştəriləri ilə iş normal rejimdə davam edir. Martın 5-dən başlayaraq həmin filiallar əmanətlərin qəbul olunmasını dayandırıb və ödəniş sistemləri vasitəsilə pul köçürmələrini həyata keçirmir.

Əmanətlərin qaytarılması isə məhdudiyyət olmadan, adi qaydada həyata keçirilir.

Filialların 2018-ci ilin aprelin 27-dək bağlanması planlaşdırılır.

скачать dle 12.1

Şərhlər