
Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində yarmarkalar təşkil ediləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 17-20 mart tarixlərində fasiləsiz olaraq 4 gün kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:
Bakı şəhəri üzrə, Xətai rayonu:
- Məzahir Rüstəmov küçəsi, “Bakı” kinoteatrının yaxınlığı;
Nərimanov rayonu:
- Keşlə bazarının ərazisi;
Səbail rayonu:
- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;
Suraxanı rayonu:
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı;
Binəqədi rayonu:
- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.
Sumqayıt şəhəri üzrə (2 yerdə)
- 12-ci mikrorayon
- Köhnə avtovağzalın yanı