SON DƏQİQƏ

5 mərtəbələrin kütləvi sökülməsi başladı

Tarix:

2-03-2018, 18:27

/ 10 432 dəfə oxundu.
5 mərtəbələrin kütləvi sökülməsi başladı

Trend-in məlumatına görə Moskvada renovasiya proqramı çərçivəsində iki beşmərtəbəli binanın sakinləri yeni mənzillərə köçməyə razılıq verib. Məlumata görə, ilk mərhələdə 134 ailə köçürülür. Yeni tikililərin söküləcək binalardan 300 metr məsafədə yerləşdiyi bildirilir.

Qeyd edək ki, Moskvanın renovasiya (yaşayış evlərinin yenilənməsi) proqramı 2017-ci il avqustun 1-i təsdiq olunub. Əvvəlcə proqrama əsasən 5144 binanın sökülməsi nəzərdə tutulsa da, sonradan binaların sayı 5175-ə çatdırılıb. Ümumilikdə 1 milyona yaxın sakinin yaşadığı 350 mindən çox mənzilin köçürülməsi nəzərdə tutulur. Proqramın 2032-ci ildə başa çatması planlaşdırılır. 

скачать dle 12.1

Şərhlər