SON DƏQİQƏ
» » Bayılın evləri sürüşmə zonasında olan sakinlərinə kirayə haqları ödənildi - RƏSMİ

Bayılın evləri sürüşmə zonasında olan sakinlərinə kirayə haqları ödənildi - RƏSMİ

Tarix:

20-02-2018, 15:48

/ 1 186 dəfə oxundu.
Bayılın evləri sürüşmə zonasında olan sakinlərinə kirayə haqları ödənildi - RƏSMİ

"Bu gündən Bayıldakı sürüşmə sahəsindəki sakinlərə kirayə haqlarının verilməsinə başlanılıb".

Bu barədə Gunaz.az-a Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov məlumat verib.

Onun sözlərinə görə, ötən günə qədər sürüşmə konturları ərazisində məskunlaşan 67 ailə sənədlərini təqdim etmişdi, sənədlərin təqdim edilməsi prosesi sürdürülür:

“Sənədlərini təqdim edən 67 ailənin bank hesabına kirayə pulu köçürülüb. Onlar bu gündən pulu götürə bilərlər. Digər ailələr isə sənədlərini təqdim etdikdən sonra onların da kirayə haqları bank hesablarına köçürüləcək”.

Qeyd edək ki, kirayə haqlarının aylıq ödənişi 260 manatdan başlayır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ