SON DƏQİQƏ

Yağışdan sonra məktəb yolu bu hala düşdü

Tarix:

19-02-2018, 14:13

/ 1 160 dəfə oxundu.
Yağışdan sonra məktəb yolu bu hala düşdü

Dünən paytaxta yağan yağış Zabrat qəsəbəsində acınaqcaqlı mənzərəyə səbəb olub.

Gunaz.az xəbər verir ki, Zabrat qəsəbəsində 148 nömrəli avtobus dayanacağı yağışdan sonra keçilməz vəziyyətə düşüb. Sakinlərin redaksiyaya etdiyi şikayətdən məlum olub ki, yaxınlıqda yerləşən E.Misirxanov adına 71 nömrəli məktəbə gedən yol da yağış sularından keçilməz vəziyyətə düşüb.

Redaksiyamıza şikayət edən sakinlər anoloji vəziyyətin hər yağışdan sonra yaşandığını qeyd edirlər. Bildirilir ki, yağış suları səbəbindən uşaqları məktəbə aparmaq müşkül məsələyə çevrilib.

скачать dle 12.1

Şərhlər