SON DƏQİQƏ
» » Prezidentliyə namizədlərin sənədləri sabahdan MSK-ya təqdim olunacaq

Prezidentliyə namizədlərin sənədləri sabahdan MSK-ya təqdim olunacaq

Tarix:

19-02-2018, 09:58

/ 1 086 dəfə oxundu.
Prezidentliyə namizədlərin sənədləri sabahdan MSK-ya təqdim olunacaq

Fevralın 20-dən etibarən Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin, o cümlədən imza vərəqələrinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi prosesi başlayır.

Bu barədə Gunaz.az-a MSK-dan məlumat verilib. 

Məlumatda qeyd olunur ki, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.
Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ