SON DƏQİQƏ

Google şirkətindən maraqlı yenilik

Tarix:

16-02-2018, 15:46

/ 935 dəfə oxundu.
Google şirkətindən maraqlı yenilik

15 fevraldan etibarən xoşagəlməz reklam elanlarını bloklayan sistem istifadəyə verilib.

Gunaz.az xəbər verir ki,ilk olaraq bu mexanizm Google şirkəti tərəfindən hazırlandı. Xüsusilə Xrom brauzerə qarşı. Belə ki, brauzerə qurulmuş reklamları bloklayan mexanizm koalisiya tərəfindən hazırlanmış standartları pozan bəzi növ (+18) reklam elanlarını qadağan edir. Bundan başqa qəbuledilməz elanlar kateqoriyasına avtomatik üzə çıxan pəncərələr, səsli videolar, saytın yüklənməsindən öncə ekranda görsənən taymerdən istifadə edən reklam və başqa elan növləri daxildir.

Mexanizm istifadəçiləri bezdirən, təngə gətirən reklamlarla mübarizə üçün hazırlanıb. Mexanizm əsaslı olaraq 3 mərhələdən ibarətdir. Əvvəlcə Google şirkəti saytları koalisiyanın standartları baxımından qiymətləndirir. Mexanizm qəbuledilməz reklamlar kateqoriyasına daxil olan növ reklamların getdiyi saytlara müvafiq xəbərdarlıq gedir. Sayt rəhbərliyinə 30 gün ərzində sözügedən problemləri aradan qaldırması üçün zaman verilir.

Lakin xəbərdarlığa əhəmiyyət verilmədiyi halda Google Xrom brauzeri həmin saytdakı bütün reklam elanlarını bloklayacaq.Brauzerinin masaüstü və mobil versiyasının istifadəçiləri lazım olduqda bu və ya digər səhifədə reklamının bloklanmasını deaktiv edə biləcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ