SON DƏQİQƏ
» » Türk xalq musiqisinin azərbaycanlı ulduzu Nuray Hafiftaş vəfat etdi

Türk xalq musiqisinin azərbaycanlı ulduzu Nuray Hafiftaş vəfat etdi

Tarix:

14-02-2018, 15:33

/ 1 863 dəfə oxundu.
Türk xalq musiqisinin azərbaycanlı ulduzu Nuray Hafiftaş vəfat etdi

Bir müddətdir xərçəngdən müalicə olunan müğənni Nuray Hafiftaş dünyasını dəyişib.

Gunaz.az xəbər verir ki, Nuray qalın bağırsaq xərçəngindən əziyyət çəkirdi. Yay aylarında əməliyyat olunsa da, bədxassəli şiş qara ciyərinə də keçmişdi. 

Müğənni xəstəxanada müalicə alırdı. Qəfil ölüm xəbəri onun ailə üzvləri və yaxınlarını sarsıdıb. Həkimi bu gən səhər "Reanimasiyaya yerləşdirilib. Vəziyyəti ağırdır. Yaxınlarına da xəbər verilib. Müalicə davam edir"-açıqlamasını vermişdi.
Amma bununla belə, sənətçinin həyatını xilas etmək mümkün olmayıb.

Nuray Hafiftaş 1964-cü ilin 8 avqust tarixində Ardahanda anadan olub. Əslən azərbaycanlıdır. Türk xalq musiqisinin ifaçısı və bəstəkarıdır.

скачать dle 12.1

Şərhlər