SON DƏQİQƏ

Böyük media ailəsinə yeni üzv gəlir

Tarix:

13-02-2018, 08:05

/ 1 199 dəfə oxundu.
Böyük media ailəsinə yeni üzv gəlir

 

Böyük media ailəsinə yeniliklərlə oxucularını sevindirəcək yeni üzv gəlir.
Bu günlərdə ONN İnformasiya Agentliyi fəaliyyətə başlayıb. ONN İnformasiya Agentliyindən saytımıza verilən açıqlamaya görə, Agentliyin rəsmi saytı olan ONN media internet portalı vasitəsi ilə Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial, mədəni və tarixi hadisələri obyektiv, qərəzsiz, tərəfsiz olaraq informasiya kimi yayır. Siyasi analizlər, videogörüntülər, proqnozlar, müsahibələr təqdim edir.
Eyni zamanda “Unutmayaq, unutdurmayaraq yeni rubrika açmaqla  dəyərlərimizi xatırlatmağa, unutdurmamağa, gənc, istedadlı, yaradıcı, şair, yazıçı, elm adamlarını oxuculara tanıtdırmağa, el adətləri, folklorumuzun təbliğinə və s. geniş yer verməyi prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.   
Agentlik fəaliyyətinin əsas ana xəttinin demokratiyanın inkişafına töhfə vermək, müstəqəlliyimizin qorunması, dövlətçiliyimizin inkişafına xidmət etməkdən ibarət olduğunu bildirir.
Əlavə olaraq bildiririk ki, ONN İnformasiya Agentliyi 14 fevral saat 12.00 da BMM-də media nümayəndələri üçün brifinq keçirəcəkdir. Bütün media nümayəndələri və maraqlananlar dəvətlidir.

ONN İnformasiya Agentliyinin internet ünvanları;
www.media.onn.group,
www.agency.onn.group,
www.onn.az .

Tel: +994503102254

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ