SON DƏQİQƏ

“Ekol” yeni-yeni uğurlara imza atır

Tarix:

12-02-2018, 10:37

/ 1 135 dəfə oxundu.
“Ekol” yeni-yeni uğurlara imza atır

SOCAR öz fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.

2017-ci ilin IV rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların Rekultivasiya Departamenti (TRD) tərəfindən bir sıra layihələr həyata keçirilmişdir.

TRD ötən rüblərdə olduğu kimi 2017-ci ilin IV rübündə də SOCAR-ın “Azneft” İB-nin NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirmişdir.

Belə ki, SOCAR-ın “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin mədən ərazisində (Pirallahı) oktyabr ayında 3600 müxtəlif növ ağac və bəzək kolları əkərək ümumi ağacların sayını 26 300 ədədə çatdırmışdır.

Hazırda TRD SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd, “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində 57 min 034 ədəd, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində (Pirallahı) 26 min 300 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Qala) 4 min 420 ədəd, TRD-nin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) isə 4 min 553 ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir.

Beləliklə, TRD-nin 1-ci və 2-ci sahələrində çalışan işçilər ümumilikdə 55,69 ha sahədə 99 631 ədəd müxtəlif növ ağac, bəzək kolları və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirirlər.

Yaşıllıq sahələrindəki bitkilər lazım olan üzvi və mineral gübrələr, münbit torpaq, peyin və su ilə mütəmadi olaraq təmin olunmuş, budanmış, quruyan ağaclar yenisi ilə əvəz olunmuşdur.

Yaşıllıq sahələrinin bərpası məqsədi ilə 2012-ci ildən QSC-nin “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində quraşdırılmış, sahəsi 320 m2 olan istixanada 10 min ədəddən artıq müxtəlif növ ağac, tinglər və bəzək kollarının toxumlarına aqrotexniki xidmətlər göstərilmiş və gözlənilən nəticələr əldə olunmuşdur.

 

Hazırladı:

Rauf İlyasoğlu

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ