SON DƏQİQƏ
» » Fazil Mustafa: "Ermənilər Sumqayıt hadisələrindən bizə qarşı istifadə etməyə çalışırlar"

Fazil Mustafa: "Ermənilər Sumqayıt hadisələrindən bizə qarşı istifadə etməyə çalışırlar"

Tarix:

1-02-2018, 12:59

/ 1 224 dəfə oxundu.
Fazil Mustafa: "Ermənilər Sumqayıt hadisələrindən bizə qarşı istifadə etməyə çalışırlar"

“Xocalı faciəsinin 26-cı ildönümünə az vaxt qaldığı bir zamanda AŞPA-da çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Sumqayıt hadisələrindən danışdı. Görünən odur ki, ermənilər 30 il əvvəl baş vermiş Sumqayıt hadisələrini xatırlatmaqla bundan bizə qarşı istifadə etməyə çalışırlar”.

Gunaz.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasında çıxış edən deputat  Fazil Mustafa deyib. 

Deputat vurğulayıb ki, əslində  Sumqayıt hadisələrinu erməni əsilli Qriqoryan tərəfindən törədilməsini sübut edən sənədlər var:

“Bununla bağlı Respublika Prokurorluğunda zamanında ciddi araşdırma aparılıb”.

Deputat əlavə edib ki, Xocalı faciəsinin ildönümünə 25 gün qalıb və  indidən bütün təbliğat vasitələrini işə salmaq lazımdır:

“Görünən odur ki, ermənilər Sumqayıt hadisəsindən bizə qarşı istifadə etmək istəyir. Fikrimcə, biz bunu nəzərə almalı və beynəlxalq mediaya çıxış imkanlarından geniş istifadə etməliyik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ