Sabah, fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.
Gunaz.az-ın məlumatına görə, iclasın gündəliyinə 15 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
"Sosial sığorta haqqında" qanuna dəyişiklik;
"Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" qanuna dəyişiklik;
"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında"qanuna dəyişiklik;
"Peşə təhsili haqqında" qanun layihəsi 1-ci oxunuşda;
“Dərman vasitələri haqqında” qanuna dəyişiklik;
“Terrorçuluğa qarşı mübarizə" qanuna dəyişiklik;
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik;
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik;
Milli Məclisin İntizam Komissiyasının tərkibinin təsdiq edilməsi
Milli Məclisin Hesablayıcı Komissiyasının tərkibinin təsdiq edilməsi
Bundan başqa 2018-ci ilin qanunverici işlər planı təsdiqlənəcək.