SON DƏQİQƏ

MTRŞ bu kanallara 600 min ayırdı

Tarix:

30-01-2018, 16:38

/ 901 dəfə oxundu.
MTRŞ bu kanallara 600 min ayırdı

Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya ayrılmış 3 milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (Lider TV, Xəzər TV, ATV, ARB TV, Speys TV) 600 min manat ayrılması barədə qərar qəbul edilib.

Şuradan Kult.az-a verilən məlumata görə, iclasda həmçinin Avto FM radiosunun ölkə ərazisində geniş miqyaslı yayımının təmin olunması üçün ona yeni tezliklərin ayrılması və Azərspeys-1 (Azerspace-1) peykindən yayımına icazə verilməsi ilə bağlı qərar qəbul edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ