SON DƏQİQƏ
» » MTRŞ narazılığa səbəb olan verilişlərin adlarını açıqladı — SİYAHI

MTRŞ narazılığa səbəb olan verilişlərin adlarını açıqladı — SİYAHI

Tarix:

29-01-2018, 12:45

/ 1 075 dəfə oxundu.
MTRŞ narazılığa səbəb olan verilişlərin adlarını açıqladı — SİYAHI

"Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-nin bəzi verilişlərini xüsusi diqqətlə monitorinq edir".

Gunaz.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, ARB-nin bəzi verilişlərinə monitorinqlər zamanı diqqəti xüsusilə artırılıb: “Bunlar əsasən şou verilişlərdir. Kanalın bəzi verilişlərində - “Boş anlar”, “Vüsaləylə sözbəsöz”, “Səhər-səhər”, “Şou məkan”, “Sayqa ilə bu axşam” və s. -  baş verənlər cəmiyyətdə, sosial mediada geniş müzakirələrə, tənqidlərə səbəb olub”. 

O qeyd edib ki, həmin verilişlərdə bəzi şou nümayəndələri özlərini həddən artıq sərbəst aparıb və aparıcılar da buna geniş şərait yaradıblar: “Ümumiyyətlə, bu yayım mövsümündə ARB-nin bir sıra şou verilişlərində narazılığa səbəb olan hallar artıb. Baş verənlərlə bağlı arayışlar tərtib edilir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ