SON DƏQİQƏ

Novruz çərşənbələrinin vaxtı açıqlandı

Tarix:

26-01-2018, 13:59

/ 1 205 dəfə oxundu.
Novruz çərşənbələrinin vaxtı açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb.

Gunaz.az xəbər verir ki, Rəsədxananın direktor müavini Xıdır Mikayılov bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

Onun sözlərinə görə, fevralın 27-də ilk - Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

X. Mikayılov qeyd edib ki, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq. (apa)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ