SON DƏQİQƏ

Almaniya səfiri Mingəçevirdə olub- FOTO

Tarix:

5-12-2017, 19:38

/ 845 dəfə oxundu.
Almaniya səfiri Mingəçevirdə olub- FOTO

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Mingəçevir şəhərinə səfər edib.

Gunaz.az xəbər verir ki, diplomat Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

N. Bayramov qonağa şəhərin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib.

M. Kindsqrab Almaniya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdən sonra səfir şəhərlə yaxından tanış olub, Tarix muzeyinə, alman qəbiristanlığına, Mingəçevir SES-ə, Sənaye Parkına, məcburi köçkünlər üçün salınan şəhərciyə baş çəkib.

Səfir bildirib ki, Mingəçevir Azərbaycanın ən böyük sənaye şəhərlərindən biridir: “Səfir kimi vəzifələrimdən biri ondan ibarətdir ki, Almaniya və Azərbaycan arasında iqtisadi sahələri dərinləşdirməkdir. Mən çalışacağam ki, gələcəkdə Almaniya şirkətləri ilə Mingəçevirdəki şirkətlər arasında əlaqələr yaradaq. Mən Mingəçevirdə alman əsirlərinin qəbirlərini də ziyarət etdim. Çox şad oldum ki, burada alman irsi qorunub saxlanılır, çox təsirləndim. Bu bizim birgə tariximizin bir səhifəsidir. Ola bilsin ki, bu kədərli səhifədir, amma tarixi dəyişmək olmaz. Bu insanların qəbirlərinin burada belə qorunub saxlandığına görə təşəkkürümü bildirirəm”.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinin önəmini qeyd edən səfir M. Kindsqrab Mingəçevirdə məskunlaşan qaçqın və məcburi köçkünlər üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

 

Almaniya səfiri Mingəçevirdə olub- FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ