SON DƏQİQƏ
» » Bəzi yerlərdə intensiv yağış, sulu qar, qar yağacaq- HAVA PROQNOZU

Bəzi yerlərdə intensiv yağış, sulu qar, qar yağacaq- HAVA PROQNOZU

Tarix:

21-11-2017, 14:13

/ 1 064 dəfə oxundu.
Bəzi yerlərdə intensiv yağış, sulu qar, qar yağacaq- HAVA PROQNOZU

Bakı və Abşeron yarımadasında noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Mülayim cənub-qərb  küləyi gündüz  güclü  şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dən Gunaz.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  10-13° isti, gündüz  13-16° isti, Bakıda gecə  10-12° isti, gündüz  13-15° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  753  mm civə sütunundan  763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  70-80 % olacaq.

Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti,  gündüz 6-10° isti olacağı gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ