SON DƏQİQƏ

Bu qəsəbələrdə su olmayacaq

Tarix:

15-11-2017, 09:55

/ 1 008 dəfə oxundu.
Bu qəsəbələrdə su olmayacaq

Bu gün Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Gunaz.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyətə səbəb Bakı şəhəri Sabunçu rayonu Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədardır.

“Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda vurğulanıb.

скачать dle 12.1

Şərhlər