SON DƏQİQƏ
» » Rafiq Hüseynovun cənazəsi Azərbaycana gətirildi- FOTOLAR

Rafiq Hüseynovun cənazəsi Azərbaycana gətirildi- FOTOLAR

Tarix:

2-11-2017, 17:27

/ 985 dəfə oxundu.
Rafiq Hüseynovun cənazəsi Azərbaycana gətirildi- FOTOLAR

Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib.

Gunaz.az-ın məlumatına görə, xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.

Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.//apa

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ