SON DƏQİQƏ
» » Dekabrda vəkillərin sayının artırılması məsələsinə baxılacaq- ƏLİ HÜSEYNLİ

Dekabrda vəkillərin sayının artırılması məsələsinə baxılacaq- ƏLİ HÜSEYNLİ

Tarix:

31-10-2017, 14:33

/ 1 070 dəfə oxundu.
Dekabrda vəkillərin sayının artırılması məsələsinə baxılacaq- ƏLİ HÜSEYNLİ

“Dekabrda vəkillər kollegiyasının iclası keçiriləcək və vəkillərin sayının artırılması məsələsinə baxılacaq”.

Gunaz.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsindən  danışarkən deyib.

O qeyd edib ki, bir çox ölkələrdə – qonşu Türkiyədə, Almaniyada vətəndaşların nümayəndəsi vəkil ola bilər. Komitə sədri deyib ki, bizdə vəkillərin sayının az olması nəzərdə tutulan keçidin həyata keçməsinə mane ola bilər: “Qanun layihəsinə keçid müddəalar əlavə olunub. Bu keçid müddəalarına əsasən məhkəmə prosesinə çıxan nümayəndələrə məhkəmə prosesi bitənədək məhkəməyə çıxmaq imkan veriləcək. Digər keçid müddəasına əsasən qanun dekabrda deyil, yanvar ayının 1-də qüvvə minməsi nəzərdə tutulur”.

O həmçinin əlavə  edib ki, keyfiyyətli hüququ yardım peşəkarlar tərəfindən həyata keçirilməlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ