SON DƏQİQƏ
» » Azərbaycanda müştəriləri aldadanları cəzası iki ilə endirildi

Azərbaycanda müştəriləri aldadanları cəzası iki ilə endirildi

Tarix:

28-10-2017, 06:30

/ 1 059 dəfə oxundu.
Azərbaycanda müştəriləri aldadanları cəzası iki ilə endirildi

Cinayət Məcəlləsinin 200-cü maddəsinə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) azadlığın məhdudlaşdırılması əlavə edilib.

Gunaz.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, dəyişikliyə görə, 200.3-cü maddənin sanksiyasında "üç" sözü "iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki" sözləri ilə əvəz edilib.

Təklif olunan mətndə deyilir ki, bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının , ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mövcud mətndə isə göstərilir ki, bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, burada 3 ilədək müddətə azadlıqdan məhrum etmə də 2 ilədək müddətə endirilib.

Xatırladaq ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ