SON DƏQİQƏ

Azərbaycan 900 yeni vaqon alacaq

Tarix:

3-10-2017, 16:58

/ 862 dəfə oxundu.
Azərbaycan 900 yeni vaqon alacaq

"Azərbaycan dəmir yolları" QSC yaxın gələcəkdə 900 yeni yük vaqonu alacaq.

Gunaz.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunub.

Hesabata əsasən, əlavə vaqonların alınması yük daşımaları həcminin artmasıdır. Bundan başqa, qeyd olunub ki, 200 yeni konteyner də əldə olunacaq.

Sənəddə qeyd olunur ki, "Azərbaycan dəmir yolları" 2015-2016-cı illərdə vaqon parkının yenilənməsi ilə əlaqədar 3101 vaqon, o cümlədən 401 örtülü vaqon, 1000 yarımvaqon, 200 konteyner daşıma vaqonu, 600 sistern, 300 taxıldaşıyan, 100 hopper, 400 universal platforma və 100 sementdaşıyan alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ