SON DƏQİQƏ

Oqtay Əsədov Türkmənistan parlamentində

Tarix:

19-09-2017, 14:59

/ 941 dəfə oxundu.
Oqtay Əsədov Türkmənistan parlamentində

Milli Məclisin sədri Oqtay Əsədov Türkmənistan Məclisində (parlamentdə) danışıqlar aparıb.

Report xəbər verir ki, görüş zamanı tərəflər iki dövlətin prioritet istiqamətləri və parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Tərəflər bildiriblər ki, qardaş xalqların çoxəsrlik mehriban qonşuluq ənənələri, oxşar tarixi və mənəvi irsi iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın fəallaşmasına kömək edir.

Azərbaycan parlamentinin rəhbəri Türkmənistan Məclisinin əsas funksiyaları və vəzifələri, onun tərkibi və fəaliyyət istiqamətləri ilə tanış olub.

Qeyd edək ki, O.Əsədov Aşqabada V Asiya Oyunlarının açılışında iştirak etmək üçün gedib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ