SON DƏQİQƏ
» » Lapşin anası ilə birlikdə Türkiyəyə gedəcək

Lapşin anası ilə birlikdə Türkiyəyə gedəcək

Tarix:

13-09-2017, 14:55

/ 1 580 dəfə oxundu.
Lapşin anası ilə birlikdə Türkiyəyə gedəcək

Prezident İlham Əliyevin sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilən bloger Aleksandr Lapşinin anası Bella Lapşina Bakıdadır. Bu barədə “Trend”ə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib. Onun sözlərinə görə, B.Lapşina gecə saatlarında Bakıya gəlib.
Vəkil bildirib ki, B.Lapşina və A.Lapşin yaxın günlərdə İsrailə gedəcək: "Onlar əvvəlcə Türkiyəyə, oradan isə İsrailə gedəcək. Ola bilsin ki, bu gün ya sabah Türkiyəyə getsinlər".
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 11-də isə prezident İlham Əliyevin sərəncamı ilə A.Lapşin cəzasının çəkilməmiş hissəsindən azad edilib.
GUNAZ.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ