SON DƏQİQƏ

Vyetnamdan Bakıya gələcəklər – Deputat

Tarix:

9-09-2017, 18:28

/ 1 831 dəfə oxundu.
Vyetnamdan Bakıya gələcəklər – Deputat

Vyetnam Kommunist Partiyası nümayəndələrinin Bakıya səfəri bu partiya ilə Yeni Azərbaycan Partiyasının əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
GUNAZ.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, baş tutacaq səfər partiyalar arasında münasibətlərin inkişafına mühüm töhfə olacaq: "Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu mütəmadi olaraq genişlənir. YAP-ın beynəlxalq əlaqələrində bir çox ölkələrin aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər prioritet istiqamət kimi əsas götürülüb.
Bu baxımdan Vyetnam Kommunist Partiyası ilə əlaqələrin inkişafına dair fəaliyyət və təşəbbüslər də böyük əhəmiyyətə malikdir. Bu, həm də ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin dərinləşməsinə töhfələr verir”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ