SON DƏQİQƏ
» » Ustadın simasında Şamaxı fədakar oğlunu itirdi

Ustadın simasında Şamaxı fədakar oğlunu itirdi

Tarix:

7-09-2017, 19:23

/ 1 039 dəfə oxundu.
Ustadın simasında Şamaxı fədakar oğlunu itirdi

Şirvanın tanınmış qələm sahiblərindən biri Hacı İskəndər Etibarın vəfat etdiyini, Şamaxının Şahxəndan qəbristanlığında torpağa tapşırıldığını eşidib çox sarsıldım.
Ustadın simasında Şamaxı fədakar oğlunu itirdi. O, doğma yurdunu çox sevir, Şamaxının təbliği, tarixinin araşdırılması üçün səylə çalışırdı. Şirvanın elə bir kəndi yox idi ki, Hacı İskəndər Etibarın ayağı dəyməsin. Bütün ziyalılar, söz və sənətUstadın simasında Şamaxı fədakar oğlunu itirdi
adamları Hacı İskəndəri yaxşı tanıyır, onunla ünsiyyətdə olmaqdan qürür his
si keçirirdilər. "Yeni Şirvan" qəzetinin şöbə müdiri, "Gənc Sabirçilər" ədəbi məclisinin məsul katibi kimi Hacı İskəndər Etibar Şamaxı ədəbi mühitinin formalaşmasına böyük səy göstərirdi. Neçə il "Azərbaycan kənd təsərrüfatı təqvimi"nin redaktoru oldu, bu nəşri oxuculara, mütəxəssislərə sevdirdi. Sonralar, "Tək səbir" qəzetinin baş redaktoru kimi də uğur qazandı. Respublika səviyyəli bir sıra tədbirlər də məhz Hacı İskəndər Etibarın təşəbbüsü, təşkilatçılığı ilə keçirilirdi. Sizə təqdim etdiyim, 1994-cü ilə aid şəkil həmin tədbirlərdən birində çəkilib. Azərbaycan Dövlət Filarmoniyasında aşıq Məmmədağa Babayevin xatirə gecəsi keçirilir. Biz onunla yanaşı əyləşmişik...Bunlar xatirəyə çevrildi, Hacı İskəndər müəllim haqq dünyasına qovuşdu. Əziz dostumuza, ustadımıza Allahdan rəhmət diləyir, ailəsinə, qohumlarına dərin hüznlə başsağlığı veririk. Ruhu şad olsun...
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ