SON DƏQİQƏ
» » “Qarabağ”-“Roma” matçının bilet satışına başlandı – Qiymətlər

“Qarabağ”-“Roma” matçının bilet satışına başlandı – Qiymətlər

Tarix:

7-09-2017, 14:02

/ 1 659 dəfə oxundu.
“Qarabağ”-“Roma” matçının bilet satışına başlandı – Qiymətlər

Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda "Qarabağ”ın qarşılaşacağı "Roma”yla matçın biletlərinin satışına bu gündən start verilir.
Klubdan verilən məlumata görə, saat 17:00-dan etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından bilet əldə etmək mümkün olacaq. Bildirilir ki, biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.
Qeyd edək ki, "Qarabağ” - "Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.
Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN
Şatış məntəqələri:
Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası 28 Mall Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

GUNAZ.az



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ