SON DƏQİQƏ

"Həkim demişdi ki, 6 ay ömrün qalıb" - Nazim

Tarix:

6-09-2017, 21:01

/ 1 553 dəfə oxundu.
"Həkim demişdi ki, 6 ay ömrün qalıb" - Nazim

Səhhətində yaranan problemlə gündəmə gələn "Faytonçu” ləqəbli müğənni Nazim Pişiyarı "Səhər-səhər” verilişinin qonağı olub.
GUNAZ.az-ın məlumatına görə, sənətçi həkimin əməliyyat zamanı etdiyi səhvlərdən danışıb:
"Çoxları öd kisəsini kəsdirib. Düşündüm ki, hamı kəsdirir, səhəri durub oynayır, asan əməliyyatdır. Amma mən gedib naşı birinin əlinə düşdüm. Əməliyyatı elə etdi ki, sonradan fəsadlar yarandı. Sonradan məlum oldu ki, Elman cərrah yox, proktoloqdur. Biz cərrahı tanımırdıq. Şeytan dilimi, qulağımı bağladı, gedib bunun əlinə düşdüm. İsrail dünyada səhiyyə üzrə birincidir. Orada həkimlər baxan kimi dedilər ki, həkim səhvidir. Dedi ki, istəyirsiniz danışım əməliyyatınız necə keçib? Məni başımdan dırnağıma qədər yoxladılar. Deyir, bilirsiniz əməliyyat vaxtı ölməli idiniz? Qanaxma olub, 4 saat əməliyyat davam edib. Bundan xəbərsiz idim, Elman doktor bizdən gizlədib. 
Deformasiyaya uğrayan ödü açıq əməliyyat etməliydi, etməyib. Qaraciyərə yapışmış ödü qapalı əməliyyat etməzlər. Ayırmaq istəyəndə qanaxma olub. Dərhal açıq əməliyyata keçməliymiş, etməyib. Qan aləmi götürüb, həkim təlaşa düşüb. Ürək zəifləyib. Qan yolunu kəsəndə öd kisəsinin axarlarını bağlayıb. Drinaj qoyub, bir-iki ay gündə öd axır. Bədənimdə olan minerallar gedir, zəifləyirəm. Mənə qayıtdı ki, onkoloji xəstədir, 6-7 ay ömrü qalıb. Təcili kimyəvi terapiya edilməlidir. Evdəkilər də başların itirib".

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ