Astaranın Şəvqo kəndinə ilk dəfə elektrik xətti çəkildi
Tarix:
2-09-2017, 09:44
/ 1 919 dəfə oxundu.
Astara rayonunun Şəvqo kəndi mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşdiyindən buraya indiyədək elektrik xətti çəkilməmişdi. Əhali uzun illər işıq problemindən əziyyət çəkib.
GUNAZ.azAzərtac-a istinadən xəbər verir ki, "Azərişıq” ASC Qurban bayramı ərəfəsində 250 nəfər əhalinin yaşadığı kənddə elektrik xəttinin çəkilişini başa çatdırıb, sakinlər elektrik enerjisi ilə təmin ediliblər.
Yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsi əhalinin hədsiz sevincinə səbəb olub. Kənd sakinləri Qurban bayramında onlara ikiqat sevinc bəxş edən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.