
Ermənistanın mis və qızıl zavodu Araz çayını olduqca çox çirkləndirir. Mən bununla bağlı xarici işlər naziri ilə də danışmışam, hətta parlamentdə bu barədə energetika və xarici işlər nazirlərinə dəfələrlə xəbərdarlıq etmişəm.
GUNAZ.az xəbər verir ki,bu sözləri Kəleybər, Xudafərin və Hurandın İran parlamentindəki millət vəkili Quliullah Quluzadə deyib. O bildirib ki, zavodun tullantıları çaydakı balıqların kütləvi şəkildə tələf olmasına səbəb olub:
"Balıqların tələf olduğu yerin cənubunda heç bir zavod yoxdur, qarşı tərəf isə Dağlıq Qarabağ ərazisidir, o məntəqədə isə hər hansı zavod fəaliyyət göstərmir. Düzdür, balıqların tələf olmasını tək Ermənistanın Araz çayını çirkləndirməsi ilə əlaqələndirmək doğru deyil. Bu məsələnin suyun zəhərlənməsi, cərəyan vurmaq və s. kimi müxtəlif səbəbləri var. Lakin istənilən halda Ermənistan zavodlarının tullantıları Araz çayını həddindən artıq çirkləndirir, bu bir faktdır”.