SON DƏQİQƏ

Bakının bu yerlərində də pulsuz "Wi-Fi" var

Tarix:

30-08-2017, 23:00

/ 3 257 dəfə oxundu.
Bakının bu yerlərində də pulsuz "Wi-Fi" var

"Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Səməd Vurğun və Muğan parklarınadək genişləndirib.
GUNAZ.az trend-ə istinadən xəbər verir ki, bu haqda şirkətdən məlumat verilib.
Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından "İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə "İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər parkı, Sahil, Axundov, Sabir, Xaqani və Hüseyn Cavid bağları daxildir.
Yaxın zamanlarda pulsuz "Wi-Fi" "Dədə Qorqud" parkında da işə salınacaq.
Xidmət işə salındıqdan etibarən şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ