SON DƏQİQƏ
» » İtkin düşən azyaşlı meşənin dərinliyində tapıldı- RƏSMİ

İtkin düşən azyaşlı meşənin dərinliyində tapıldı- RƏSMİ

Tarix:

30-08-2017, 15:49

/ 3 657 dəfə oxundu.
İtkin düşən azyaşlı meşənin dərinliyində tapıldı- RƏSMİ

İki gün idi ki, Quba rayonunda azyaşlının itkin düşməsi ilə bağlı həyəcanlı xəbərlər mətbuatda yer alırdı.

Rayonun Əski-iğrıq kəndindəki istirahət mərkəzlərindən birində valideyinləri ilə birlikdə dincələn, Quba şəhər sakini olan 6 yaşlı Natiq Əlizadə avqustun 28-də axşam sonuncuların diqqətindən yayınaraq ətrafda bir qədər dolaşmaq istəyib. Lakin özü də bilmədən meşənin dərinliyinədək gedib çıxıb, sonra isə geri qayıda bilməyərək həmin ərazidə azıb.

Övladlarının qəfil yoxluğundan xəbər tutan valideyinlər dərin narahatlıq və həyəcan içində Natiqin itkin düşməsi barədə dərhal Quba Rayon Polis Şöbəsinə məlumat verib, azyaşlının tapılaraq ailəsinə qaytarılması üçün lazımi tədbirlərin görülməsini Şöbə rəhbərliyindən xahiş ediblər.

Məlumat daxil olan kimi Quba RPŞ-nin, Daxili Qoşunların "N” saylı hərbi hissəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən N.Əlizadənin yerinin müəyyən olunması yönündə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Uşağın itdiyi güman olunan ərazi kvadratlara bölünüb, ayrılmış qruplar müxtəlif istiqamətlərdə axtarış işlərinə başlayıblar.

Nəhayət, ikigünlük gərgin axtarışlar öz bəhrəsini verib. Bu gün, yəni avqustun 30-da saat 9 radələrində N.Əlizadə meşə zolağının 6 kilometr dərinliyində tapılıb. O, zəruri tibbi yardım göstərilməsi üçün dərhal Rayon Mərkəzi Xəstəxanasına gətirilib və burada müvafiq müayinələrdən keçirilib.

İki gün ərzində ac-susuz, köməksiz vəziyyətdə qalmış azyaşlı ailələrinə təhvil verilib.
GUNAZ.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ