SON DƏQİQƏ
» » Bir millət və iki dövlət arasında gediş haqqı niyə dolların kursu ilə ödənilməlidir

Bir millət və iki dövlət arasında gediş haqqı niyə dolların kursu ilə ödənilməlidir

Tarix:

29-08-2017, 20:06

/ 3 009 dəfə oxundu.
Bir millət və iki dövlət arasında gediş haqqı niyə dolların kursu ilə ödənilməlidir

Bakıdan Ankaraya, İstanbula, eləcə də digər qardaş ölkələrin şəhərlərinə rahat avtobuslar işləyir. Bu bizi çox sevindirir.
Bakı ilə Türkiyə arasında avtobus biletləri dolların kursu ilə hesablanır. Birdən dolların kursu qalxdı oldu 3 manat. Onda tələbələr Bakıdan Türkiyəyə necə gedib gələ biləcəklər.
İki ölkənin milli pulu ola-ola dollardan niyə asılı qalmalıyıq?
Axı bir millət və iki qardaş dövlət arasında istər avtobus, istərsə də avia biletləri niyə dollarla hesablanmalıdır?
Bizim milli pulumuz niyə dollardan əskik olsun. Milli pulumuza dəyər verməliyik.
Baş bankirimiz yəqin ki, bu məsələ ilə məşğul olur. Onu da qeyd edim ki, yerli istehsalı gücləndirmədə dollardan asılılığı azaltmalıyıq.
Əvvəllər Türkiyəyə bir bağlama göndərəndə türk sürücülərə 10 manat verirdik, razılaşırdılar. indi isə 15, 20 dollar ödəyəsən ki, sənin bağlamanı yerinə çatdıralar. Yəqin ki, iki qardaş ölkənin əlaqədar təşkilatları əhalinin bu narazılığını başa düşüb qiymətlərə bir daha nəzər yetirəcəklər.

 

R.İlyasoğlu

 

 

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ