SON DƏQİQƏ
» » Milli-mənəvi dəyərlərimizi hər kəs qorumalıdır

Milli-mənəvi dəyərlərimizi hər kəs qorumalıdır

Tarix:

29-08-2017, 16:49

/ 2 198 dəfə oxundu.
Milli-mənəvi dəyərlərimizi hər kəs qorumalıdır


Əslən Qubadlıdan olduğumu bilən dostlarımdan biri bir günü mənə sual verdi:
- Rauf, sən bilərsən, Qaçaq Nəbinin toyunda niyə kənd camaatından bir nəfər də iştirak etmədi?
Həmin dostu başa salmağa çalışıram ki, bu kinodur. "Bu kino ki var, çox qəliz məsələdir”.
Sovet ittifaqının gur vaxtında Azərbaycanda sərbəst filmlər çox az çəkilərdi. O dövrdə "”Arşın mal alan”, "O olmasın, bu olsun” filmləri dünyanın bir çox ölkələrində uğurla nümayiş etdirilmişdi. Hər iki filmə bu gün də sevilə-sevilə baxılır. Elə filmlər də var ki, çox da uğur qazanmır, kobud nöqsanlar görsənir. Əlbəttə ki, "Qanlı zəmi” filminin baş qəhrəmanı Qaçaq Nəbi Xalq qəhrəmanıdır. Bu filmdə Qaçaq Nəbinin comərdliyi, qoçaqlığı barədə çox epizodlar var. Lakin filmdə görsənir ki, Nəbi ilə Həcər xanımın toyunda guya ki, heç kəs iştirak etməyib. Axı kasıblara həyan olan Nəbini xalq çox istədiyi halda, necə ola bilər ki, bu toya heç kəs gəlməsin. Ən azından öz dəstəsi stulları boş qoymamalıydı. Bütün bunlar Sovet imperiyasının düşünülmüş planları idi. Qaçaq Nəbini xalqın gözündən salmağa çalışan imperiyanın nökərləri olan erməni barmağı da burda rol oynayıb.
Elə götürək "Babək” filmini. Babəki erməninin dostu Əhl ibn Sumbat öldürdüyü halda bu epizod görsənilmir. Babək guya ki, Cavidanın arvadı ilə evlənir. Bu filmdə Babəki nəinki qəhrəman, alçaldıcı bir tərzdə nümayiş etdirilməsi yolverilməzdir.
Ermənilər barədə demişlər...
Bu xalq (erməni-red.) istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daim romalılara nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayırlar.
Tasit
Ermənilərin eyibi: bədfel kündəbədən, oğru gözügötürməyən bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıqtlı, ağasına düşmənçilikdir. Ümumiyyətlə, ondan başdan-ayağa müsbətdən çox mənfiyə yaxındırlar.
"Qobusnamə” (XII əsr)
Ermənilər ağ dərili qulların ən pisidir. Onların abırları yoxdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər.
Adam Mets,
İsveçrə şərqşünası
Ləzgilər Şilda kəndinə basqın edərkən kəndin başçısı Dodayevin evinə soxulurlar. Bu adamın Yefrem Sukyazov adlı bir erməni katibi varmış. Döyüşün şiddətli yerində o xilas olmaq arzusu ilə özünü ölülüyə vurub yerə yıxılır. Ləzgilərdən biri ona ilişir və onun sol qolunu kəsir. Erməni qorxusundan cınqırını da çıxarmır. Ləzgi çölə çıxarkən səhvini başa düşür, sol əli kəsdiyi üçün xəcalət çəkir. Qayıdıb erməninin sağ əlini də kəsir.
Aleksandr Düma,
"Qafqaz səfəri” əsərindən
Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişdilər.
Aleksandr Düma,
fransız yazıçısı və səyyahı
Erməni qadınları digər xalqlarla zorla, məcburən də olsa əlaqədə olmuşlar. Dövlətini və şərəfini çoxdan itirmiş erməni qadınları ilə münasibətdə olan İran əsgərləri, türklər, gürcülər və dağlılar görünür heç bir ədəb-ərkan gözləməmişlər. Bu səbəbdən ermənilərin damarından hər cür qan axır.
V.D.Veliçko,
rus şairi, publisist və mütəfəkkiri
Kürd xaqanı demişdir: "Mən əsir düşmüş ermənilərə Birsütun qayalarını çapdırıb əbədiqalar məskənlər saldırdım. Erməniləri taqətdən düşənə qədər işlədib, sonra öldürmək lazımdır”.
Birsütun rəvayətlərindən
Ermənilər isə o çəkdikləri filmlərdə türkü vəhşi obrazda canlandırsalar da, dünya xalqları kim-kimdir yaxşı bilir. Dünya alimlərinin, yazıçılarının filmləri ermənilərin alçaq simasını aydın göstərir. Götürək digər filmi. "Dəli Kür” filmində Cahandar ağanın özgənin arvadını qaçırdaraq evinə gətirməsi səhnəsi də bizim milli adət-ənənəmizə ziddir. Axı türklərdə namus məsələsi əsas şərtdir. Bu cür alçaq işlər əlbəttə ki, ermənilərə xas olduğu halda, Sovet imperiyasının icazəsi ilə çəkilən filmlərin rejissorları da mərkəzdən bir "malades” almaq üçün milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət etməyiblər.
Onu da qeyd edək ki, bugünkü Ermənistanın ərazisinin 82 faizi Azərbaycan torpaqlarıdır. Bu torpaqları ruslar 1828-ci il Türkmənçay müqaviləsindən sonra müxtəlif vaxtlarda, müxtəlif yollarla Azərbaycandan qoparıb ermənilərə vermişlər.
Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Şəmsəddin və Göyçə mahalları, Göyçə gölü bizim ata-baba yurdlarımızdı. Bu ərazilərdə 15-dən çox inzibati rayonun, 10 böyük şəhərin, 11 şəhər tipli qəsəbənin, yüzlərlə kəndin adlarını dəyişmişlər.
İnzibati rayonlar
Göyçə mahalı (Vardenis), Basarkeçər (Vardenis), Qəmərli (Artaşat), Vedi (Ararat), Calaloğlu (Stepanavan), Hacı Nəzər (Kamo), Molla Dursun (Şaumyan), Qurduqlu (Oktemberyan), Karvansaray (İncivan), Ağababa (Amasiya), Ağgül (Ani), Ellər (Abovyan), Allahverdi (Tumanyan), Duzkənd (Axuryan), Çəmbərək (Krasnoselsk), Hamamlı (Spitak), Üçkilsə (Eçmiədzin), Uluxanlı (Masis) və s.
Böyük şəhərlər
Ellər (Abovyan), Sərdarabad (Oktemberyan), Kəvər (Kamo), Qəmərli (Artaşat), Gümrü (Leninakan), Qarakilsə (Kirovakan), Calaloğlu (Stepanavan), Hamamlı (Spitak), Üçkilsə (Eçmiədzin), Göyçə (Sevan) və s.
Qəsəbələr
Uluxanlı (Masis), Alagöz (Araqas), Arpaçay (Axuryan), Ağababa (Amasiya), Vedi (Ararat), Ortakilsə (Mnasyan), Göyçə (Maralik), Əbilkənd (Kalinino), Basarkeçər (Vardenis), Talıboğlu (Lusakert), Tovuzqala (Berd), Allahverdi (Tumanyan) və s.
Bu qədim torpaqlarımızda xalqımızın başına açılmış faciə və müsibətləri gələcəkdə dünya xalqlarına çatdırmaq hər birimizin borcudur.
Yaxın dostum, kitablarının redaktoru olduğum görkəmli aktyor, xalq artisti, rejissor, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti Ramiz Əzizbəylinin çəkdiyi "Bəxt üzüyü” filmi ən gözəl filmlərdən biridir.
Xarici ölkələrdə prizlərə, mükafatlara layiq görülmüş bu filmin rejissoru Ramiz Əzizbəyliyə Avropada xarici milyonerlər deyiblər ki, bir film çək, orda Azərbaycan qadınını əxlaqsız rolda göstər, sənə nə qədər deyirsən pul verək, hər şərait yaradaq.
Ramiz Əzizbəyli isə milli dəyərlərimizi hər şeydən üstün tutmuş və qəti şəkildə bu şərtə razı olmamışdır.
Yeri gəlmişkən onu da deyim ki, hazırda Türkiyədə müalicə olunan Ramiz Əzizbəyliyə Allahdan şəfa diləyir, tezliklə sağalıb vətənə qayıtmasını arzulayırıq.
Bizim indi də milyoner "kişilərimiz” ki var, onlar bu gün də erməni axçisinə milyonlar xərclədiyi halda, Ramiz Əzizbəyli kimi vətənin belə qeyrətli, heç kəsə əyilməyən oğullarının müalicəsinə kömək etmirlər. Evini, avtomobilini sataraq müalicəsinə, son dəfə əməliyyat olunmasına xərcləyən belə istedadlı insanlara vaxtında sahib çıxıb kömək etmək əlbəttə ki, Azərbaycan xalqına xas xüsusiyyətlərdəndir.
Yenə də sağ olsun Heydər Əliyev Fondunun rəhbərliyi ki, belə insanlara diqqət ayırırıq.
Əgər insanlar gözdən yox, mədədən tox olsaydılar, yer kürəsinin 7 milyard əhalisinin yarısı nə ac-susuz qalardı, əksinə, 60 milyard əhalini də Allahın nemətləri ilə təmin etmək olardı.
Hansı televiziya kanallarına baxırıqsa, orda küftə-bozbaş bişirmək texnologiyalarından söhbət gedir, ya da dəhşətli, qorxulu, davalı filmlər nümayiş olunur. Yeniyetmə və gənclər belə kinoların təsiri altında milli dəyərlərdə uzaqlaşaraq, özünü o cür filmlərin qəhrəmanı olan narkotik baronlara, eləcə də rembolara və sair oxşatmağa çalışır. "Qurdlar vadisi” filmi bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da nümayiş olunurdu. Bu filmdə banda başçılarının çirkin əməlləri açıq göstərilirdi. Filmə baxan bəzi gənclər özlərini əsərin qəhrəmanına sanki bənzədirdilər.
Bu filmin təsirindən bir dəfə Azadlıq prospekti ilə Həsən Əliyev prospektinin kəsişdiyi nöqtədə beş-altı xarici avtomobil bir avtomobili dairəyə alaraq sürücünü kinodakı kimi bərk döyəndə, ürəyim ağrıdı. Məlum oldu ki, barda özünü yaxşı aparmayan birinə imkanlı balaları hücum edərək "nakazat” etmişlər. Əlbəttə ki, bir nəfəri üstünə 10 nəfərin düşərək təpikləməsini qoçaqlıq və ya mərdlik adlandırmıram.
Əlbəttə ki, əgər həmin şəxs terrorçu və ya əsgəri erməniyə satan "maxer” olsaydı, yerindəcə güllələsəydilər, heç uf da deməzdim.
Milli-mənəvi dəyərlərimizi nəinki kinoşünaslar, rejissorlar, hər bir Azərbaycan vətəndaşı qorumalı və yaşatmalıdır.
 
Rauf İlyasoğlu
 
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ