SON DƏQİQƏ
» » Nə qədər uşaq məktəbəqədər hazırlıq qruplarına gedəcək?

Nə qədər uşaq məktəbəqədər hazırlıq qruplarına gedəcək?

Tarix:

25-08-2017, 18:46

/ 3 792 dəfə oxundu.
Nə qədər uşaq məktəbəqədər hazırlıq qruplarına gedəcək?

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 12 633 ərizənin onlayn qeydiyyatı (25.08.2017-ci il tarixinə saat 17:00-a olan məlumata əsasən) aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, qurum tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Avqustun 15-dən həyata keçirilən məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 20-dək aparılacaq.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apelyasiya Komissiyalarına müraciət etmək olar.

Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ