SON DƏQİQƏ

Sabaha gözlənilən hava: yağış, şimşək

Tarix:

24-08-2017, 14:54

/ 2 745 dəfə oxundu.
Sabaha gözlənilən hava: yağış, şimşək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir. 
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-50 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. 
Lakin gündüz Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 34-39 isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ