SON DƏQİQƏ

Sabahın HAVA PROQNOZU

Tarix:

30-07-2017, 11:52

/ 2 727 dəfə oxundu.
Sabahın HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gunaz.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 22-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 31-də hava şəraiti yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər