SON DƏQİQƏ

Həftənin ilk iş gününə olan hava proqnozu

Tarix:

20-08-2017, 12:50

/ 3 197 dəfə oxundu.
Həftənin ilk iş gününə olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə  22-25° isti, gündüz  31-36° isti, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir.Atmosfer  təzyiqi 758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-70 %, gündüz 40-45 %  olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.
             
Azərbaycanın rayonlarına gəlincə, avqustun 21-də hava şəraiti əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  19-24°, gündüz  33-38° isti,  dağlarda gecə 14-19°, gündüz  23-28° isti olacağı gözlənilir.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ