SON DƏQİQƏ
» » İzmirdə "Həsən bəy Zərdabi Mirası" mükafatı təsis edildi - FOTOLAR

İzmirdə "Həsən bəy Zərdabi Mirası" mükafatı təsis edildi - FOTOLAR

Tarix:

7-08-2017, 21:59

/ 3 050 dəfə oxundu.
İzmirdə "Həsən bəy Zərdabi Mirası" mükafatı təsis edildi - FOTOLAR

İzmirdə fəaliyyət göstərən İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi Azərbaycan Milli Mətbuat günü münasibətilə "Həsən bəy Zərdabi Mirası" mükafatı təsis edib.

Mükafatın təqdimetmə mərasimi dünən keçirilib. İzmirdə keçirilən tədbirdə mükafat əsasən, Azərbaycanın yanında olan, Dağlıq Qarabağ problemində həssaslıq göstərən, mütəmmadi olaraq Azərbaycanın problemini öz problemi kimi önə çəkən, Türkiyə - Azərbaycan münasibətlərində mühüm rol oynayan 5 jurnalistə təqdim edilib. Mükafata Türkiyənin tanınmış yazarı, xeyli sayda kitab müəllifi Mustafa Aslan, Türkiyədə fəaliyyət göstərən tanınmış Azərbaycanlı jurnalist Nigar Ögeday, köşə yazarı Osman Ateşoğlu, araşdırmaçı-yazar, erməni mövzusunda xeyli elmi-məqalənin müəllifi İsmet Alpaslan və Wowappfm radyosunun dj-i Murat Akar bu mükafata layiq görülüblər. Xatırladaq ki, bu il ilk dəfədir ki, belə bir mükafat təsis edilib, verilir. Dərnək başqanı Mülazim Paşa açıqlamasında bildirib ki, bundan sonra hər il 22 iyul Milli Mətbuat günü ilə bağlı belə bir mükafat təsis ediləcək. Onun fikirlərinə görə belə bir mükafatın verilməsində məqsəd Türkiyədə fəaliyyət göstərən digər jurnalistlərində Azərbaycana diqqətini artıracaq və Azərbaycanın haqlı davası olan Qarabağ məsələsindədə müəyyən mənada insanlarımızın maariflənməsi üçün mühüm rol oynayacaq. Nigar Ögeday da belə bir mükafatı İzmirdə, vətəndən uzaqda, ikinci vətəni olan Türkiyədə almağın sevincini yaşadığını bildirib. O çox duyğulandığını, indiyə qədər yüzlərlə mükafat almasına baxmayaraq bu mükafatın onun üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, dərnək başqanı və idarə heyətinə təşəkkürünü bildirərək, Azərbaycan məsələsində təkcə mədəniyyət mövzusunda deyil, tarixi, informasiya baxımındanda çox önəmli işlər gördüklərinə sevindiyini bildirib. Digər dərnəklərə bu addımın nümunə olacağını söyləyərək deyib ki: "Hesab edirəm başqa dərnəklərimizdə eyni addımı atacaq, bəziləri üçün bu adi bir şey ola bilər amma Azərbaycanın haqq səsinin dünyaya çatdrılmasında belə bir mükafatın təsis edilməsi informasiya baxımından çox önəmli rol oynayır. Eyni zamanda bu addım Həsən bəy Zərdabi kimi böyük bir ustadın, Azərbaycanın ilk media orqanını çıxaran bir şəxsiyyətin həmdə Türkiyədə tanınmasına xidmət edir. Mükafatı alanlar sırasında olan Mustafa Aslan da belə bir mükafata layiq görüldüyü üçün çox duyğulandırdığını, bu günə qədər aldığı bir çox mükafatlar sırasında bunun xüsusi yeri olduğunu vurğulayıb.

Arzu Qocayev 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ