SON DƏQİQƏ

Allahşükür Paşazadə İrana gedir

Tarix:

5-08-2017, 11:34

/ 3 731 dəfə oxundu.
Allahşükür Paşazadə İrana gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə avqustun 5-də İran İslam Respublikasına səfərə yola düşür.
GUNAZ.az xəbər verir ki, QMİ-dən verilən məlumata görə, səfərdən məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatı və İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyası ilə birlikdə 6 avqust 2017-ci il tarixdə avqust tarixdə İran İslam Respublikasının Tehran şəhərində keçirəcəyi "İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında" mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi "İslam Həmrəyliyi İli" çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Tehranda baş tutacaq "İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında" mövzusunda Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Milli Məclis üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcəkdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İrana səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak edəcəkdir.

 

 

 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ