SON DƏQİQƏ
» » Bank maşını müsadirə etmək istədi - Özü də heç bir məhkəmə qərarı olmadan - VİDEO

Bank maşını müsadirə etmək istədi - Özü də heç bir məhkəmə qərarı olmadan - VİDEO

Tarix:

3-08-2017, 21:56

/ 4 386 dəfə oxundu.
Bank maşını müsadirə etmək istədi - Özü də heç bir məhkəmə qərarı olmadan - VİDEO

Maşının kreditini ödəyə bilmədiyi üçün bank vətəndaşın avtomobilini məhkəmə qərarı olmadan müsadirə etmək istədi.

Bankın belə bir hüququ varmı ? Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bankdan kreditlə avtomobil aldılar, ancaq sonradan pulunu ödəyə bilmədikdə bank maşını məhkəmə qərarı olmadan müsadirə etməyə cəhd etdi. Maraqlı hadisə İsmayıl Hümbətovun başına gəlib. Onun sözlərinə görə 2013-cü ildə bankdan kreditə avtomobil alsalar da, son vaxtlar vəziyyətləri pisləşdiyindən krediti ödəməyə imkanları çatmayıb. İsmayıl Hümbətov oğlunun sürdüyü maşının qabağının qəflətən bankın əməkdaşı olan Coşqun adlı şəxs tərəfindən kəsildiyini deyir.
İsmayıl Hümbətov bildirir ki, avtomobilin müsadirə olunması ilə bağlı onlara məhkəmədən heç bir sənəd gəlməyib.
Bankın Coşqun adlı əməkdaşı ilə əlaqə saxladıq. O, israrla bildirdi ki, maşını vətəndaşın əlindən almaq fikrində olmayıblar və avtomobilə sakitcə yaxınlaşıb Hümbət İsmayılovun oğlu ilə söhbət edib. O, danışıqla yeni ödəniş qrafiki açmağı razılaşdırdıqlarını deyir.
Hüquqşünaslar belə vəziyyətdə məhkəmə qərarı olmadan maşının müsadirə olunmasını qanunsuz hesab edirlər. Əgər belə hal yaşanarsa vətəndaş məhkəməyə müraciət edərək öz hüququnu təmin edə bilər.

Videonu izləmək üçün şəklə klikləyin:
Bank maşını müsadirə etmək istədi

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər